İspaniya təmsilçisi "Rayo Valyekano”nun futbolçuları məşqləri boykot edib.
Fanat.Az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, səbəb əməkhaqqıların azaldılmasıdı.
Mənbə Madrid təmsilçisinin oyunçularının mayın 18-də evdə məşq etdiyini bildirib. Yazılanlara inansaq, çalışmalara qatılmaq istəməyən futbolçuların rəhbərliyi fikrindən daşındırmaq istəyi heç bir fayda verməyib. Bu üzdən yaxın günlərdə etiraz dalğasının böyüyəcəyi proqnozlaşdırılır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol