"Real"ın vingeri Qaret Beyl meneceri tərəfindən MLS klublarından birinə təklif edilib.
Fanat.Az "Athletic"ə istinadən xəbər verir ki, adı gizli saxlanılan klub Beylin xidmətindən imtina edib. Daha əvvəl uelsli futbolçu karyerasını ABŞ-da davam etdirməkdə maraqlı olduğunu bildirmişdi.
Cari mövsümdə 18 matçda meydana çıxan Beylin aktivində 3 qol, 2 məhsuldar ötürmə var. "Transfermarkt" portalı 30 yaşlı oyunçunun transferini 32 milyon avro dəyərində qiymətləndirir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol