İspaniyada mövsüm bərpa olunduqdan sonra "Barselona"nın oyunlarını harada keçirəcəyi məlum olub.
Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, rəhbərlik məsələ ilə bağlı klub kapitanlarının (Lionel Messi, Serci Roberto, Serci Buskets, Jerar Pike) fikrini öyrənib. Komandanın liderləri Yohann Kroyff adına stadionda yox, "Kamp Nou"da oynamağa üstünlük veriblər.
Rəhbərlik mümkün xərcləri müqayisə etdikdən sonra futbolçuların fikri ilə razılaşıb. Beləliklə, mövsüm bərpa edildikdən sonra "Barsa"nın ev oyunlarını "Kamp Nou"da keçirəcəyi dəqiqləşib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol