"Layptsiq"in hücumçusu Timo Vernerin İtaliya A Seriyasında oynaya bilər.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, "İnter" Vernerin xidmətində maraqlıdı. Alman futbolçunun təklifi nəzərdən keçirəcəyi bildirilir. "Liverpul"un danışıqlara fasilə verməsi Verneri buna vadar edib.
"İnter" 24 yaşlı oyunçunun ətrafı ilə daim əlaqədədi. Daha əvvəl forvardın "Liverpul"da oynamaq istədiyinə dair xəbər yayılmışdı.
Cari mövsümdə Bundesliqada 26 matçda meydana çıxan Vernerin aktivində 21 qol, 7 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol