Sinxron üzgüçülük üzrə ikiqat olimpiya çempionu Alla Şişkina "Instagram”da maraqlı xatirə paylaşıb.
Fanat.Az xəbər verir ki, yazdığı mətnə uşaqlıq şəklini də əlavə edən rus idmançı 10 yaşında başına gələnləri təqibçiləri ilə bölüşüb:
"10 yaşım olanda yaşadığımız beşmərtəbəli evi sökdülər və biz Moskvanın başqa rayonuna köçməli olduq. Yeni mənzilimizdə kiçik qardaşım doğuldu. Daha valideynlərim məni məşqə apara bilmədi. Əvvəl getdiyim yeri dəyişmək, metroya yaxın ərazidəki yeni basseyndə məşq etmək məcburiyyətində qaldım. Daha üzməyə valideylərimlə yox, özüm gedirdim. Bir dəfə məşqçilərdən biri məni istedadlılar qrupuna götürmək üçün baxışa çağırmışdı. Çantama baxanda anamın üzgüçülük geyimimi qoymadığını gördüm. Başqa variantım yox idi. Əlacsız qalıb çılpaq, daha doğrusu, yalnız alt paltarıyla üzməli oldum. 20 il əvvəl vəziyyət başqa idi... Heç kim mənə pis baxmadı”.
Fanat.Az