"Uraloçka”nın çalışdırıcısı Nikolay Karpol yeni dünya rekordu müəyyənləşdirdiyini açıqlayıb.
Fanat.Az TASS-a istinadən xəbər verir ki, voleybol komandasının baş məşqçi məşqçi postunu "özəlləşdirən” 82 yaşlı mütəxəssis belə deyib: "Hələ iştirak ərizəsini verməmişik. Amma rekordumu bir il də artırmışam. Artıq 51 ildi eyni komandanın baş məşqçisiyəm”.
Hələ 2017-ci ildə Karpol yeni dünya rekorduna imza atmaq istəyini açıqlamışdı. Ginnesin Rekordlar Kitabına düşməyi qarşısına məqsəd qoyan çalışdırıcı tarixi faktı sübut etmək üçün uyğun sənədləri toplatdırır.
O, yaşına baxmayaraq növbəti mövsüm də "Uraloçka”nın baş məşqçisi olacaq.
Fanat.Az