Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakiminin meneceri Alexandro Kamano müştərisinin "Real"a qayıdacağını bildirib.
Daha əvvəl "İnter"in mərakeşli futbolçuya görə təklif göndərdiyi iddia edilmişdi.
Fanat.Az "Explica"ya istinadən xəbər verir ki, Kamano məlumatı təkzib edib:
"Belə bir təklifdən söhbət gedə bilməz. Madridə, "Real"a qayıdacağıq. Əşrəf öz mövqeyində dünyanın ən yaxşı oyunçusu olacaq".
Cari mövsümdə Bundesliqada 26 matçda meydana çıxan Hakiminin aktivində 3 qol, 10 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol