Dekabrın 18-də AFFA-nın inzibati binasında keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının başlanma vaxtı dəyişdirilib. Fanat.az xəbər verir ki, iclas, əvvəlcədən nəzərdə tutulduğu kimi, saat 11.00-da deyil, bir saat tez başlayacaq.
İclasın gündəliyinə daxil edilmiş məsələləri bir daha təqdim edirik:
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması
3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi
4. Digər məsələlər
Fanat.az