"PSJ"nin isveçli ulduzu Zlatan İbrahimoviçin meneceri Mino Raiola oyunçusunun gələn mövsüm də klubunda olacağını söylədi.
İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, Zlatanın adı "Yuventus" və "Real Madrid" kimi nəhəng klublarla hallanır. Raiola bunları inkar edərək "Zlatan Parisdə olduqca məmnundur. Kuboku qazandı, qollar vurdu, etməsi lazım olanları və söz verdiklərini etdi", deyib.
Qeyd edək ki, ulduz futbolçu bu mövsüm "PSJ"də 43 qol vurub.
İdman24.az