Məlum səbəbdən iki ay dayandırılan Çexiya çempionatlarında 2019/20 mövsümü bu gün bərpa olunub.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçuların – Fərid Nəbiyevlə Samir Qurbanovun çıxış etdiyi Jijkov "Viktoriya”sı 2-ci liqanın 18-ci turunda səfərdə "Vitkoviçe” ilə üz-üzə gəlib. Görüş həmyerlilərimizin komandasının 1:0 hesablı qələbəsi ilə bitib.
20 yaşlı Fərid start "11-lik"də meydana çıxıb və 90+2-ci dəqiqədə əvəzlənib. Samirin adı isə oyunun iştirak ərizəsinə salınmayıb.
17 oyuna 29 xal toplayan "Viktoriya” turnir cədvəlində 6-cıdı.
Fanat.Az