Millimizin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya” növbəti sınaq matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Pavelin komandası "Çerkaşina” ilə üz-üzə gəlib.
"Aleksandriya” aşağı liqa təmsilçisini 5:0 hesabı ilə yenib. Yığmamızın üzvü də bu görüşün iştirakçısı olub.
Qeyd edək ki, Ukrayna Premyer Liqası koronavirus pandemiyasına görə martdan etibarən dayandırılıb. Mayın 30-dan isə çempionatın yenidən bərpa olunacağı açıqlanıb.
Fanat.Az