"Qarabağ” Amar Rəhmanoviçi transfer etməyə hazırlaşmır”.
Bunu Fanat.Az-a açıqlamasında "Qarabağ”ın direktoru Əmrah Çəlikəl deyib.
Klub rəsmisi Bosniya və Herseqovina mətbuatının yaydığı məlumatı yalanlayıb:
"O futbolçu ilə maraqlanmamışıq. Yəqin menecerlər bu yolla Rəhmanoviçi reklam edir”.
Qeyd edək ki, Amar Rəhmanoviç Bosniya və Herseqovinanın "Sarayevo” klubunda çıxış edir.
Fanat.Az