Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.
Fanat.Az-ın AFFA-nın saytına istinadən məlumatına görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.
Qarşılaşma aprelin 9-da olmalı idi.
Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya – Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib.
Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.
Fanat.Az