10:47 28.05.2020 721

"Qəbələ"nin futbolçusu: "Məşq edəndə kökəlirəm"

"Hazırkı durum məni çox narahat edir. Vəziyyətin bu qədər davam edəcəyini gözləmirdim. Bu müddət futbolçulara ağır zərbədir. Fəsadlarını aradan qaldırmaq çox çətin olacaq. Amma başqa yolumuz yoxdur".

Bu fikirləri "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Asif Məmmədov deyib. 34 yaşlı yarımmüdafiəçi bildirib ki, iki aylıq normal fasilə futbolçulara pis təsir etmir.

Məmmədovun sözlərinə görə, həmin dönəmdə hansısa idman zalı, stadionlar açıq olduğundan, birgə məşq edə bilirlər: "Yığışıb futbol oynaya, hansısa işlə də məşğul ola bilərik. Mən də arada çıxıb qaçıram. Stadion yoxdur, hansısa bərk yerdə qaçırsan və istər-istəməz dizdə və beldə ağrılar olur. Evdəki məşq çox cüzi bir şeydir. Nə qədər pres etmək olar? Futbolçu hər gün preslə kifayətlənməməlidir. Ev şəraitində də ancaq belə şeylər olur. Ona görə də normala qayıtmaq çox çətin olacaq".

Təcrübəli oyunçu martın 13-dən koronavirus pandemiyasına görə dayandırılmış Azərbaycan Premyer Liqasının mümkün bərpası barədə də danışıb: "Hələ ki, vaxtımız var. İyunun 1-dən hazırlığa başlaya bilməsək, çempionatı bərpa etməyin mənası yoxdur. Qurtarsa, daha yaxşıdır. Uzun fasilədən sonra ən azı 1 ay, 1.5 ay vaxt lazımdır ki, futbolçu özünə gəlsin. İndi elə vəziyyətdir ki, meydana çıxandan sonra hər dəqiqə zədələnə bilərsən. Əzələlər və ayaqlar tam gücdən düşüb. Əzələ elə durumdadır ki, birinci məşqdə də xəsarət ala bilərik, bu da 1,5 aylıq zədə ilə nəticələnəcək".

Məmmədovun fikrincə, iyunun ilk günündən məşqlər bərpa olunmasa, mövsüm vaxtından əvvəl yekunlaşacaq: "Hazırda sonuncu yerdə olsaq da, 4-cü yerlə 4 xal fərqimiz var. Biz sonuncu da ola, mövsümü 4-cü yerdə də başa vura bilərik".

Fiziki durumundan da söz açan yarımmüdafiəçi karantin rejimi olmasına baxmayaraq kökəlmədiyini, əksinə, arıqladığını söyləyib: "Çalışıram ki, yeməyimə fikir verim, evdə müəyyən hərəkətlər edim. İndi parklar da açıqdır, orada hansısa hərəkətləri edə bilirik. Arıqlamaq barədə heç bir problem yoxdur, hansısa futbolçu özünə baxırsa, formada qalacaq. Əlavə 2-3 kq çəki varsa, onu bir həftəyə aradan qaldırmaq mümkündür. Futbolçu üçün əsas olan şey əzələni hazır vəziyyətdə saxlamaqdır və bədən məşqə hazır olmalıdır. Hansısa futbolçu kökəlməyə meyillidir, amma məndə elə problem yoxdur. Mən məşq edəndə kökəlirəm, nəyinki istirahətdə olanda".(gülür)

Qeyd edək ki, Azərbaycan Premyer Liqası martın 13-də koronavirus pandemiyasına görə dayandırılıb. 2015-ci ildən "Qəbələ"nin formasını geyinən Asif Məmmədov 2007-ci ildə də əyalət təmsilçisində çıxış edib. 

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

Facebookdan bizi izləməyi unutmayın.
X