"Qarabağ” bu gündən etibarən məşqləri bərpa edib.
Fanat.Az Ağdam təmsilçisinin saytına istinadən xəbər verir ki, klubun bazasında olan məşq 17:30-da start götürüb və təxminən 1 saat davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib.
Operativ Qərargahın bütün tövsiyyələrinə əməl edilib, futbolçular və məşqçilər heyətinin hərarətləri yoxlanıldıqdan sonra məşq prosesinə icazə verilib.