"Qəbələ”nin U-19 komandası iştirak etdiyi ölkə çempionatının qalibi elan olunub.
Fanat.Az xəbər verir ki, keçirdiyi 15 oyunda 33 xal toplamaqla yarışın lideri olan "qırmızı-qaralar” məlum səbəbdən dayandırılan və bərpa edilmədən başa çatdırılan mövsümün çempionu adını qazanıb.
"Qəbələ” həm də UEFA-nın 19 yaşadək futbolçular arasında keçirdiyi avrokubok turnirinə - Gənclər Liqasına vəsiqə qazanmış sayılıb.
Bu barədə qərarı AFFA-nın İcraiyyə Komitəsi verib. Belə ki, xüsusi karantin rejimi nəzərə alınaraq, bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvlərindən telefon zəngi vasitəsilə Birinci Divizion, Gənclər Liqası və digər məsələlər barədə münasibət öyrənilib. Aparılmış geniş müzakirələrdən sonra səs çoxluğu ilə Gənclər Liqası barədə aşağıdakı qərar qəbul olunub:
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar təxirə salınmış Gənclər Liqasında oyunların keçirildiyi stadionlarda infrastruktur amilləri nəzərə alınaraq, mövsüm dayandırılsın, hazırkı turnir cədvəlinə əsasən qalib elan olunsun.
Fanat.Az