Türkiyə Super Liqa təmsilçisi "Çaykur Rizəspor”un futbolçusu Mikola Morozyuk "Instagram"da tez-tez çılpaq şəkillərini paylaşan arvadı İrina Morozyukdan ayrılıb.
Fanat.Az xəbər verir ki, ukraynalı gözəl canlı yayım zamanı bu barədə məlumat verib:
"Ötən ilin sonunda ayrıldıq. Türkiyəyə köçəndə hisslərimiz bitmişdi. Aramızda qalmaqal olmayıb, qarşılıqlı hörmət var idi. Bir-birimizi sevirdik. Mən indi də onu sevirəm. Seks münasibətlərin 70 faizidi. Əgər hisslər ölərsə, münasibətlər sona çatar. Artıq biz ayrılmışıq. Növbəti eşqimə nə zaman sahib olacağımı bilmirəm".
Fanat.Az