"Sumqayıt" iyunun 8-də yoxlama oyunu keçirəcək.
"Kimyaçılar" Qəbələ təmsilçisi ilə 20:00-da "Kapital Bank Arena"da üz-üzə gələcək.
Bunu Fanat.Az-a açıqlamasında klubun sözçüsü Rəşad Məmmədov deyib.
Klubun mətbuat katibi çempionat başlayana qədər 1 yox, 2 sınaq qarşılaşmasına çıxacaqlarını söyləyib. Məmmədov iyunun 14-də baş tutacaq digər yoxlama oyunu üçün rəqib axtardıqlarını açıqlayıb.
Fanat.Az