"Çelsi"nin vingeri Pedro Rodriqes azad agent olacaq. O, artıq yeni klub axtarışlarına başlayıb.
Fanat.Az "Calciomercato"ya istinadən xəbər verir ki, Pedronun "Roma"ya keçəcəyi gözlənilir. Artıq müqavilənin şəxsi detallarının razılaşdırıldığı bildirilir. MLS-də çıxış edən klubların marağına baxmayaraq, 32 yaşlı futbolçu sözləşmə şərtlərinin daha yaxşı olması səbəbindən "canavarlar"a üstünlük verib.
Cari mövümdə 18 matçda meydana çıxan Pedronun aktivində 2 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol