"Bavariya" müqavilələri 2021-ci ilin yayında başa çatacaq Tyaqo Alkantara və David Alaba ilə hələ də yeni sözləşmə imzalaya bilməyib.
Fanat.Az "Kicker"ə istinadən xəbər verir ki, "Bavariya" Alabanın satışına qəti şəkildə qarşıdı. "Münhenlilər" Avstriya millisinin üzvünü razı salmaq üçün cəhdlərini davam etdirəcək.
Tyaqoya gəlincə, rəhbərlik onun komandanı tərk etməsində maraqlı deyil. Lakin ispan futbolçu israr edərsə, "Bavariya" 60-80 milyon avro qarşılığında transferə razılıq verə bilər.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol