"Real"ın əfsanəsi Raul Qonsales məşqçilik karyerasını Almaniyada davam etdirə bilər.
Fanat.Az "Bild"ə istinadən xəbər verir ki, "Şalke" baş məşqçi postunu Raula həvalə etməyi planlaşdırır.
"Şalke" rəhbərliyi David Vaqnerin işindən narazıdı. Komanda Bundesliqada mövsüm bərpa olunduqdan sonra oynadığı dörd matçın hamısından məğlub ayrılıb. Bu səbəbdən yeni mütəxəssisin cəlbi gündəmdədi. İspan məşqçi rəhbərliyin prioritet hədəfi hesab olunur.
Raul 2010-2012-ci illər aralığında "qelzenkirhenlilər"in formasını geyinib. 42 yaşlı çalışdırıcı hazırda "Real"ın gənclərdən ibarət komandası - "Kastilya"nın başındadı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol