Moldovanın "Kodru” klubunun yeni baş məşqçisinin adı bəlli olub.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, bu, Denis Kalinkovdu.
Simeon Bulqarunu əvəzləyən gənc çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. Sabiq yarımmüdafiəçi daha əvvəl ölkəsinin "Spikul" komandasında məşqçi olub.
35 yaşlı Kalinkov 200/10 mövsümündə "Xəzər Lənkəran"ın uğurları üçün çalışıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol