"Barselona" "İnter"in hücumçusu Lautaro Martinesin transferi ilə bağlı cəhdləri davam etdirir.
Fanat.Az jurnalist Nikolo Skiraya istinadən xəbər verir ki, "Barselona" Lautaroya görə 80 milyon avro ödəməklə yanaşı, Xunior Firponu "İnter"ə göndərməyə hazırdı.
Mənbəyə görə, "İnter" argentinalı futbolçunu təzminat məbləği - 111 milyon avro - qarşılığında sərbəst buraxmağa hazırdı. Bununla yanaşı, Milan təmsilçisi 90 milyon avro və əlavə oyunçu barterinə də razılıq verə bilər.
Daha əvvəl "katalonlar" 60 milyon avro ödəniş, o cümlədən Arturo Vidal və Nelson Semedunun xidmətlərini qarşı tərəfə təklif etsələr də, "yox" cavabı almışdılar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol