16:23 05.06.2020 908

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

"Sabah" klubunun futbolçusu Məhəmməd Mirzəbəyovun koronavirusa yoluxmuş ailə üzvləri tam sağalıblar.

Bu barədə "Report"a hazırda Bakıda olan Azərbaycan millisinin sabiq müdafiəçisinin özü məlumat verib. 30 yaşlı oyunçunun sözlərinə görə, Rusiyada Dağıstan Respublikasının İzberbaş şəhərində yaşayan valideynləri, iki qardaşı və onların həyat yoldaşları artıq özlərini yaxşı hiss edirlər.

Doğmalarının koronavirus testindən keçmədiklərini bildirən Mirzəbəyov Dağıstanda hər kəsdən analiz götürməyin mümkün olmadığını söyləyib: "İnsanlar xəstələnirlər. Hər kəsi testdən keçirmək mümkün deyil. Amma bu, faktdır ki, onlar artıq sağalıblar. Ailə üzvlərimizin koronavirusa yoluxduğuna əminəm. Gəlin, məntiqlə fikirləşək: Harada görmüsünüz ki, adi qripdən eyni vaxtda bir ailənin 6 üzvü xəstələnsin? 30 yaşım var. İndiyədək ailəmdə eyni vaxtda 2 nəfərin xəstələndiyini görməmişəm. Hətta mənim qardaşımın uşaqları da virusa yoluxmuşdular".

Təcrübəli futbolçu hər gün Dağıstanda minlərlə insanın virusa yoluxduğunu qeyd edib: "Bu, süni yolla yaradılıb və ya təbii yolla üzə çıxıb, heç bir mənası yoxdur. Fakt budur ki, infeksiya var. Sadəcə, bu xəstəliyi hərə bir cür keçirir. Hər şey insanın immunitetindən asılıdır".

Mirzəbəyov ölkəsində koronavirusun bu qədər sürətlə yayılmasının səbəbini də açıqlayıb: "Dağıstanda heç kim virusa inanmırdı. Hamı gözünü yumub, bayıra çıxırdı. Deyilirdi ki, yas mərasimlərinə getməyin. Amma heç kim qulaq asmırdı. Bir nəfər 10 nəfəri, onlar 100 nəfəri, həmin şəxslər isə minlərlə insanı yoluxdurdular. Əhali bu halla üzləşənə kimi virusun olmadığını düşünürdü. İndi isə əksini iddia edirlər". 

Futbolçu Dağıstanda kifayət qədər sağlam insanların belə, virusdan dünyasını dəyişdiyini vurğulayıb: "Bunu mənə yaxın dostlarım deyib. Elə yaşlı insanlar var ki, xəstəlikdən sağalıblar. Düzdür, hər kəs Allahın yazdığı ömrü yaşayır. Sadəcə, məsələyə ciddi yanaşmaq lazımdır".

Qeyd edək ki, "Sabah"a 2019-cu ilin iyununda keçən Məhəmməd Mirzəbəyov əvvəllər Rusiyada "Torpedo" (Moskva), "Torpedo-ZİL" və "Anji"nin, Azərbaycanda "Sumqayıt", "İnter", "Qəbələ" və "Neftçi"nin formasını geyinib. O, milli komandaya 2015 - 2018-ci illərdə dəvət alıb.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2025
13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

10:23

MPL: "Neftçi" "Səbail"i, "Qarabağ" "Kəpəz"i qəbul edir -YENİLƏNİR

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

01:05

İtaliya A Seriyası: "Atalanta"dan çətin qələbə

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

Facebookdan bizi izləməyi unutmayın.
X