"Çindao Xuanxay"ın baş məşqçisi Huanma Lilyo növbəti mövsümdən "Mançester Siti"də Pep Quardiolanın köməkçisi olacaq.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, Çin klubunu elitaya çıxarmasına baxmayaraq, Lilyo Asiyanı tərk edəcək və "şəhərlilər"ə qoşulacaq.
Cari mövsümün gedişində Quardiolanın köməkçi-məşqçisi Mikel Arteta "Siti"dən ayrılmış və "Arsenal"ın başına keçmişdi. "Mançester Siti" Artetanın yerinə Vensan Kompaninin namizədliyini də nəzərdən keçirib. Lakin belçikalının indilik İngiltərəyə qayıtmaq niyyətində olmadığı bildirilir.
Qeyd edək ki, Pep Quardiola Huanma Lilyonu mentorlarından biri hesab edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol