Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, ötən gün çempionatda 3 görüş keçirilib. "Volfsburq" səfərdə "Verder"i məğlub edib. "Şalke" növbəti xal itkisi ilə üzləşib. "Qelzenkirhenlilər" "Union"la 1:1 hesablı bərabərliyə razı olub. Eyni hesab "Auqsburq" - "Köln" matçında da qeydə alınıb.
Almaniya Bundesliqası
30-cu tur
5 iyun
"Frayburq" - "Borussiya" (Mönhenqladbah) - 1:0
Qol: Petersen (58)
6 iyun
"Ayntraxt" (Frankfurt) - "Maynts" - 0:2
Qollar: Niahate (43), Malonq (77)
"Bayer" - "Bavariya" - 2:4
Qollar: Alario (10), Virts (89) - Koman (27), Qoretska (42), Qnabri (45), Levandovski (66)
"Layptsiq" - "Paderborn" - 1:1
Qollar: Şik (27) - Ştrohdik (90+2)
"Fortuna" (Düsseldorf) - "Hoffenhaym" - 2:2
Qollar: Henninqs (5, 76-penalti) - Dabbur (16), Tsuber (61)
"Borussiya" (Dortmund) - "Herta" - 1:0
Qol: Can (58)
7 iyun
"Verder" - "Volfsburq" - 0:1
Qol: Veqhorst (82)
"Union" - "Şalke" - 1:1
Qollar: Andrix (11) - Kenni (28)
"Auqsburq" - "Köln" - 1:1
Qollar: Maks (88) - Modest (85)
30 turdan sonra aktivində 70 xalı olan "Bavariya" turnir cədvəlinə başçılıq edir. Dortmund "Borussiya"sı liderdən 7 xal geri qalır. "Layptsiq" 59 xalla üçüncüdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol