"Real"ın vingeri Qaret Beyl karyerasını daha bir müddət "Real"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, Beylin meneceri Conatan Barnett "BBC Radio 4"-ə bu barədə açıqlama verib. Onun sözlərinə görə, 30 yaşlı oyunçu hazırda İngiltərədə oynamaq fikrində deyil:
"Onun əla həyatı var. Ona görə də "Real"dan kənarda oynamaq istəməməsini başa düşə bilirəm.
Həmişə dediyim kimi, Beyl Madriddə xoşbəxtdi. Yaşamaq istədiyi həyatı yaşayır. Maddi baxımdan hansısa gözləntisi yoxdu. Özünü və ailəsini təmin edəcək qədər qazanıb.
Beyl karyerası ərzində dünya çempionatı istisna, demək olar ki, hər şeyi qazanıb. Təəssüf ki, Qaret Uels yığmasında çıxış edir və onların dünya çempionu olmaq ehtimalı möcüzəyə bərabərdi. Ona görə də onun mümkün olan hər şeyi qazandığını deyə bilərik.
Premyer Liqaya qayıtması böyük hadisə olardı. Amma mən onun hazırda İngiltərədə oynamaq istədiyini düşünmürəm. Qaret "Real"da oynamaqdan məmnundu".
Qeyd edək ki, uelsli futbolçu 2006-2007-ci illərdə "Sauthempton", 2007-2013-cü illər aralığında isə "Tottenhem"də çıxış edib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol