"Breşiya" Mario Balotellinin müqaviləsini ləğv edib.
Fanat.Az "Repubblica"ya istinadən xəbər verir ki, klub prezidenti Massimo Çellino Balotellinin işinə xitam vermək qərarına gəlib.
29 yaşlı futbolçunun komandanın son məşqlərini buraxmasının rəhbərlik səviyyəsində narazılığa səbəb olduğu bildirilir. Lakin Balo məşqlərdə iştirak etdiyini iddia edir.
Forvard ötən yay azad agent kimi "Breşiya" ilə müqavilə imzalamışdı. Cari mövsümdə A Seriyasında 19 matçda meydana çıxan Balotelli 5 dəfə fərqlənib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol