"Barselona" La Liqanın 28-ci turu çərçivəsində "Malyorka" ilə oynanılacaq matçın hazırlıqlarını davam etdirir.
"Barsa" bu gün növbəti məşqinə çıxıb. Fanat.Az klubun "Twitter" hesabına istinadən xəbər verir ki, Lionel Messi növbəti dəfə fərdi şəkildə məşq edib. Argentinalı futbolçunun kvadritseps əzələsində kiçik zədə var.
Leo ilə yanaşı, müdafiəçi Nelson Semedu da fərdi çalışmalarda iştirak edib.
"Malyorka" - "Barselona" görüşü iyunun 14-ü Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol