"Yuventus"un müdafiəçisi Mattays de Lixt komanda yoldaşı Kriştianu Ronalduya heyranlığını dilə gətirib.
Fanat.Az xəbər verir ki, niderlandlı futbolçu "Tuttosport"a müsahibəsində Ronaldu ilə yanaşı, Paulo Dibala və Rodriqo Bentankuru da ön plana çıxarıb:
"Ronaldu öz generasiyasının ən yaxşı oyunçusudu və gənc futbolçular üçün əsl nümunədi. Həmişə onun oyununa baxaraq özümü inkişaf etdirməyə çalışıram. Məşqlərdə inanılmaz enerji ilə çalışır. Bəzən onun 35 yaşında olduğuna şübhə ediräm.
Həqiqətən də, yaxşı komandamız var. Əla komanda yoldaşlarına sahibik. Ən zarafatcıl olanlar Cənubi Amerikadandı. Ronaldu ilə yanaşı, Dibala və Bentankura da heyranam. Onların hər birinin gözəl texnikası var. Rodriqo (Bentankur - Fanat.Az) çox gözə çarpmır, amma onun böyük gələcəyi var".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol