"Real"ın yarımmüdafiəçisi Toni Kroos karyerasının gələcəyi ilə bağlı "Mundo Deportivo"ya danışıb.
Fanat.Az xəbər verir ki, alman futbolçu karyerasını Madrid klubunda bitirmək istədiyini bildirib:
"Müqaviləmin sonuna kimi "Real"da qalmaq niyyətindəyəm. Sözləşməm bitəndə 33 yaşım olacaq. Bir neçə variant mümkündü: ayrılmaq, komandada qalmaq və ya karyeramı bitirmək. Düzü, zamanı konkret deyə bilmərəm, amma mən karyeramı "Real"da bitirmək istəyirəm.
Sonası? Özümü yüksək səviyyəli məşqçi kimi təsəvvür edə bilmirəm. Ardı-arası kəsilməyən səfərlər, həftələrlə evdən uzaq olmaq... - bunlar futbolla bağlı məni ən çox narahat edən məsələlərdi. Məşqçilikdə də sadaladıqlarım qaçılmazdı".
Kroos 2014-cü ildən "Real"da çıxış edir. Daha öncə o, "Bavariya" və "Bayer"də oynayıb.
Cari mövsümdə 33 matçda meydana çıxan 30 yaşlı oyunçunun aktivində 5 qol, 9 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol