Dortmund "Borussiya"sının hücumçusu Erlinq Holand komanda yoldaşı Mats Hummels haqqında fikirlərini bölüşüb.
Fanat.Az "The World Game" saytına istinadən xəbər verir ki, gənc istedad Hummelsdən örnək götürdüyünü bildirib:
"Borussiya"ya keçəndən sonra Hummelslə tanış oldum. O, dünya çempionatı da daxil olmaqla, bir çox turnirdə qalib olub. Hummelsin uğurlarını təkrarlamaq niyyətindəyəm.
Mats kimi, qalib psixologiyasına sahib olmaq istəyirəm. Əsl döyüşçüdü, mənə çox şey öyrədir. Komandamızda qalib ruhlu futbolçular çoxdu. Sadəcə oyunlarda şəxsi keyfiyyətlərimizi nümayiş etdirməliyik".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol