AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Neftçi" "Qəbələ" ilə oyunda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat cərimələnib. Bundan başqa paytaxt klubunun azarkeşləri oyunun 3-cü dəqiqəsində paytaxt klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə edildiyi üçün klub 1000 manat cərimə olunub.
"Qəbələ"nin futbolçusu Müşfiş Teymurov 84-cü dəqiqədə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığından 1 oyunluq cəzalandırılıb, klub 200 manat cərimə edilib. Oyunun 87-ci dəqiqəsində isə "Qəbələ"nin məşqçisi Dmitri Kramarenko texniki-zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırılıb. AFFA millinin sabiq qapıçısına 1 oyunluq cəza verib, klubu 1000 manat cərimələyib.
"Simurq" AZAL-la matçın 79-cu dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün 2000, "Bakı" "Qarabağ"la matçda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığından 1000 manat cərimə edilib.
Fanat.az