"Bavariya"nın hücumçusu Robert Levandovski öz rekordunu yeniləyib.
Fanat.Az səbər verir ki, polşalı forvard Bundesliqanın XXX turunda "Bayer"lə səfər qarşılaşmasında fərqlənməklə buna nail olub.
Matçda komandasının son qolunun müəllifi olan Levandovski cari mövsüm bütün turnirlərdəki qollarının sayını 44-ə çatdırıb. Bu isə onun karyerası ərzində göstərdiyi ən uğurlu nəticədi. Mövsüm davam etdiyindən, 2014-cü ildən "Bavariya"da çıxış edən Levandovski rekordunu bir qədər də artıra bilər.
"Bayer" - "Bavariya" matçı qonaqların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol