Almaniyanın II Bundesliqasının XXX turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" "Karlsrue"ni qəbul edib. Oyun Aue təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb və 90-cı dəqiqədə yerini komanda yoldaşına verib.
Bu nəticədən sonra xalını 41-ə çadıran "Ertsgebirge" 7-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Dmitri Nazarov "Ertgebirge"dən əvvəl 2013-2016-cı illərdə "Karlsrue"nin formasını geyinib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol