“Qarabağ”ın hücum xəttinini gücləndirmək istədiyi və bu məqsədlə tanınmış forvardlarla danışıqlar apardığı barədə xəbər vermişik. Artıq onlardan birinin kimliyi açıqlanıb.
Fanat.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov Gürücüstan yığmasının üzvü Nikolos Qelaşvilini komandasında görmək istəyir. Hazırda 27 yaşlı forvardla danışıqlar davam edir.
Qeyd edək ki, Nikolas karyerasına Gürcüstanın “VİT-Georgia” klubunda başlayıb (2003-2004, 6 oyun). Daha sonra “Kaxeti”də (2004-2005, 28 oyun, 8 qol) çıxış edən Qelaşvili 2005-ci ildə “VİT-Georgia”ya dönüb (2005-2007, 51 oyun, 25 qol). 2008-2012-ci illərdə “Zestafoni”nin əsas (105 oyun, 63 qol) və əvəzeidici komandasında (3 oyun, 1 qol) çıxış edən forvard 2012-ci ildə Almaniyanın “Bohum” klubuna keçib və II Bundesliqada 25 oyunda 2 qola imza atıb. O, bundan başqa “Bohum”un ikinci komandasının heyətində Regional Liqada 2 oyuna çıxıb.
Nikolas 2005-2006-cı illərdə Gürcüstan U-21-nə(7 oyun, 1 qol), 2007-ci ildən A milliyə dəvət alıb. Qətərlə oyunda debüt edən Qelaşvili 11 dəfə milli formanı geyib. Baş məşqçi Timuri Ketsbaya onu iyunun 2-də və 5-də İrlandiya və Danimarka ilə oyunlara dəvət edib. İrlandiyaya qarşı 61 dəqiqə oynayan Nikolas Danimarka matçının 87-ci dəqiqəsində meydana çıxıb.
İdman24.az