Neftçi" 3 yeni məşqçi ilə anlaşıb.
Fanat.Az Sportinfo.az-a istinadən xəbər verir ki, Rafael Əmirbəyov, Ruslan Qafitullin və Xaqani Məmmədovla razılıq əldə olunub.
Adıçəkilən mütəxəssislərlə 1 illik müqavilə imzalanması nəzərdə tutulub. Onlardan Əmirbəyovla Qafitullinin akademiyada, Məmmədovun isə əsas komandada işə başlaması gözlənilir.
"Qəbələ"dən ayrılan sonuncunun Füzuli Məmmədovun qardaşı olmasını qeyd edək.
Fanat.Az