"Barselona"nın hücumçusu Lionel Messi bu gün komanda ilə birlikdə məşq edib.
Fanat.Az klubun "Twitter" hesabına istinadən xəbər verir ki, Messi ilə yanaşı, Nelson Semedu da ümumi məşqlərə başlayıb.
Argentinalı futbolçunun kvadritseps əzələsində kiçik zədə aşkarlandığından, o, bir müddət idi ki, yalnız fərdi çalışmalarda iştirak edirdi.
"Barselona" həftə sonu La Liqanın 28-ci turu çərçivəsində "Malyorka"nın qonağı olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol