"Anji"nin bir neçə futbolçusunda koronavirus aşkarlandığı məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə klubun baş direktoru Absalutdin Ağarəhimov "R-Sport"a məlumat verib:
"Bir neçə futbolçumuz koronavirusa yoluxub. Onların əksəriyyəti xəstəliyi ciddi təhlükə olmadan keçirdilər. Bədənləri gəncdi. Heç kim xəstəxanaya düşməmişdi. Bəziləri pnevmaniya olmuşdu, bir neçəsinin temperaturu yüksək idi, digərlərinin isə qoxu bilmə bacarığı itmişdi. Futbolçuların hamısı ev şəraitində sağaldılar.
Artıq bu xəstəlik elə də təhlükəli deyil. Həkimlər necə müalicə edəcəklərini bilirlər, insanlar daha məsuliyyətlidilər. Məncə, gec və ya tez, peyvənd tapılana kimi hamı bu xəstəliyə yoluxacaq".
Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Rusiya Peşəkar Futbol Liqasında mövsüm erkən başa çatıb. Turnir cədvəlinin yekun vəziyyətinə əsasən, "Anji" Cənub zonasında 15-ci olub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol