"Barselona"nın baş məşqçisi Kike Setyen mövsümün bərpası ərəfəsində komandasının hazırlıq prosesi barədə danışıb.
Fanat.Az xəbər verir ki, Setyen klub saytına açıqlamasında qeyd edib:
"Bütün oyunçular böyük həvəslə qarşıdakı oyunları gözləyirlər. Futbolçular istirahət etdilər və bu, bizim üçün yaxşıdı. Komandanın hər bir üzvü xüsusi motivasiya ilə məşqlərdə iştirak edir.
Hər şey qaydasındadı. Mübarizə aparmaq və hər matçdan qalib ayrılmaq üçün əla formada olmalıyıq. Görək, rəqiblərimiz bizim üçün hansı çətinlikləri yarada biləcəklər...
Gördüyümüz işləri nəzərə alsaq, komandada vəziyyətin yaxşı olduğunu deyə bilərəm. Sadəcə, hamının optimal formada olması üçün daha bir həftəyə ehtiyacımız var".
Qeyd edək ki, "Barsa" həftə sonu La Liqanin 28-ci turu çərçivəsində "Malyorka"nın qonağı olacaq.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol