"Real"ın müdafiəçisi Naço Fernandes ilkin tibbi müayinədən keçib.
Fanat.Az "Real"ın saytına istinadən xəbər verir ki, Naçonun sağ budunun ön başlı əzələsində zədə aşkarlanıb. 30 yaşlı futbolçunun hansı müddətə yaşıl meydanlaran uzaq qalacağı ilə bağlı daha sonra məlumat veriləcək.
Naço 2011-ci ildən Madrid klubunun əsas komandasında çıxış edir.
Qeyd edək ki, "Real" iyunun 14-də La Liqanın 28-ci turu çərçivəsində "Eybar"ı qəbul edəcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol