Uesli Sneyder "İnter"in bu mövsüm İtaliya Kubokunu qazanmalı olduğunu düşünür.
Fanat.Az xəbər verir ki, Sneyder "Il Mattino"ya açıqlamasında "neradzurri"nin A Seriyasında qalib olmasını isə qeyri-mümkün hesab edir:
"Ümid edirəm ki, "İnter" finala çıxacaq və İtaliya Kubokunu qazanacaq. Məncə, artıq "İnter"in qalib olmaq vaxtı çatıb.
A Seriyası ilə bağlı, demək olar ki, şans yoxdu. "Yuventus" titulu qazanmaq üçün aşkar favoritdi. Onlar ən yaxşı heyətə sahibdilər və hər mövsüm güclənməyə davam edirlər. Bəzən düşünürsən ki, artıq onların dövrü bitdi, amma necəsə fərq yarada biləcək yeni oyunçuları tapırlar və qələbə qazanmağa davam edirlər".
Sneyder 2009-2013-cü illər aralığında "İnter"də çıxış edib.
"İnter" İtaliya Kubokunun yarımfinal mərhələsinin ilk görüşləri çərçivəsində evdə "Napoli"yə 0:1 hesabı ilə məğlub olub. A Seriyasında isə Milan təmsilçisi üçüncüdü və lider "Yuventus"dan 9 xal geri qalır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol