"Yuventus" "Barselona"nın yarımmüdafiəçisi Arturu transfer etmək üçün cəhdlərini davam etdirir.
Fanat.Az RAC1-in jurnaliti Jerar Romeronun "Twitter" hesabına istinadən xəbər verir ki, "Yuve" Artura katalon klubunda aldığı məvacibin üç dəfə artığını təklif etməyə hazırdı. "Qoca sinyora"nın 23 yaşlı futbolçuya görə yaxın günlərdə rəsmi danışıqlara başlayacağı gözlənilir.
Artur "Barsa"da ilinə təxminən 5 milyon avro qazanır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol