"Hoffenhaym"da Alfred Sxröder dönəmi başa çatdı.
Fanat.Az klubun "Twitter" hesabına istinadən xəbər verir ki, "Hoffenhaym" qarşılıqlı razılıq əsasında 47 yaşlı baş məşqçinin müqaviləsinə xitam verib.
Sxröder 2019-cu ilin iyul ayından "zinshaymlılar"ı çalışdırırdı. Niderlandlı mütəxəssis komandanı 33 oyunda (13 qələbə, 8 bərabərlik, 12 məğlubiyyət) meydana çıxarmışdı.
Aktivində 43 xal olan "Hoffenhaym" Bundesliqada 7-ci pillədə qərarlaşıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol