"Mançester Yunayted" "Real"ın yarımmüdafiəçisi Hames Rodriqesi heyətinə qatmaq istəyir.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Real" transferə qarşı olmasa da, qiymətdə güzəştə getmək niyyətində deyil. Keçidin reallaşmasını çətinləşdirən məsələlərdən biri Hamesin məvacibinin yüksək olmasıdı. Məhz bu səbəbdən MY "kral klubu"ndan endirim tələb edir.
"Qırmızı şeytanlar"la yanaşı, "Everton" və "Atletiko" da 28 yaşlı futbolçunun xidmətində maraqlıdı. Rodriqesin Liverpul klubunun baş məşqçisi Karlo Ançelotti ilə yaxşı münasibətləri var. Bununla yanaşı, kolumbiyalı oyunçu Dieqo Simeonenin rəhbərliyi altında oynamaq şansını da qaçırmaq istəmir.
Hamesin "Real"la olan müqaviləsi 2021-ci ilin yayında başa çatır. Onun transferi 32 milyon avro dəyərində qiymətləndirilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol