"Bayer"in yarımmüdafiəçisi Kay Haverts "Çelsi"nin maraq dairəsinə düşüb.
Fanat.Az "The Guardian"ın jurnalisti Yakob Ştaynberqə istinadən xəbər verir ki, tərəflər arasında ilkin danışıqlar gedir. "Çelsi" transferi 70 milyon funt sterlinqə rəsmiləşdirmək istəyir.
Daha öncə "Real"ın Havertsə görə 80 milyon avro təklif etdiyi, lakin rədd cavabı aldığına dair xəbərlər yayılmışdı.
Cari mövsüm Bundesliqada 26 matçda meydana çıxan alman futbolçu 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol