00:14 10.06.2020 910

Şopiç 0:5 haqda belə danışdı

"Sabah”ın baş məşqçisi Jelko Sopiç bu gün "Qarabağ”a qarşı keçirdikləri yoxlama oyununu şərh edib.
 
Fanat.Az xəbər verir ki, xorvatçalışdırıcı 0:5 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Rəqib bizdən üstün oynadı. Məni sevindirən heç kimin zədələnməməsi oldu. Bu oyuna baxıb, nəticə çıxaracağıq.
 
- Nəticənin belə acınacaqlı olması oyuna birhəftəlik hazırlıqla bağlıdı, yoxsa rəqibin futbolçularının daha yaxşı olmasıyla?
- Əlbəttə, biz karantin müddətində futbolçulara məşq proqramı vermişdik. Ola bilər bəziləri yaxşı hazırlaşıb, bəziləri pis. Ancaq bu oyun elə də əhəmiyyətli deyil. Onlar liderdi, biz 6-cı yerdəyik. Təbii, futbolçuların keyfiyyəti arasında fərqlər var.
 
- "Sabah"ın çempionata hazır olması üçün 12 gün bəs edəcəkmi? Şənbə və bazar günləri karantin tətbiq olunacaq, məşq edə bilməyəcəksiz...
- Bilmirəm, baxacağıq. Bəzi ölkələrdə hazırlıq üçün 5 həftəlik vaxt verilib, bizdə də bu qədər.
 
- Bu vəziyyətdə çempionatı bitirmək daha düzgün qərar olardı ya davam etdirmək?
- Həqiqətən, bir az çətindi. Oyunlarımız karantin gününə düşür, necə dəyişiklik olacaq, bilmirəm. Futbolçulara da necə təsir edəcəyi bilinmir. Təxminən 10 oyun var, bu da dördgündənbir matça çıxmaq deməkdi. Biz hər gün oynaya bilərik, ancaq futbolçulara necə təsir edəcək, onlar bunu necə qəbul edəcək, bilmirəm.
 
- İlk hissədə meydana çıxan gənc futbolçularda nəsə görə bildiz?
- Ölkənin ən yaxşı komandasına qarşı oynadıq. "Sabah"ın formasını geyinən hər kəs mübarizə aparmalıdı. Futbolçuları çox da fərqləndirmək istəmirəm. Bu, çox önəmli deyil.
 
- Amin Seydiyev planlarınızda necə yer alır? Yeni mövsümdə onu əsas heyətdə görəcəyikmi?
- Amini qışda istəyirdim, ancaq alınmadı. O, bizim planlarımızda yer alır. Aminə şans verəcəyik.
 
- Klub prezidenti dedi ki, yeni transferimiz olacaq. Əcnəbidi, yoxsa yerli?
- Nəsə demək çətindi. Aprelin 4-də rəhbərliklə danışmışam və mənə hansı mövqelər üçün futbolçular lazım olduğunu demişəm. Bir-iki ay ərzində açıqlamalar verilə bilər.
 
- Kluba gələndən cəmi 3 oyun udmusuz. Hədəfiniz nədi?
- İlk oyunlarımda "Qarabağ" və "Neftçi"ylə qarşılaşdıq. Sonra "Qəbələ" ilə kubok oyununda məğlub olduq. Qışdan sonra yeni futbolçular gəldi və çempionatın başlamasına bir gün qalmış bizə qoşuldular. Bizim o qədər də geniş heyətimiz yoxdu. Komandaya oyunçu gətirərkən, ad önəmli deyil. Əsas olan ürəklə oynamaqdı. Ramil Şeydayev bizə gec qoşuldu və ona da vaxt lazım idi. Gələcəkdə daha yaxşı heyət qura, daha yüksək hədəflər üçün mübarizə apara bilərik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X