"Çelsi" "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Kay Havertsi transfer etmək niyyətindədi.
Fanat.Az jurnalist Nikolo Skiranın "Twitter" hesabına istinadən xəbər verir ki, "Çelsi" Havertsə 5 illik müqavilə təklif edib. Keçid baş tutsa, 20 yaşlı futbolçu ilinə 8 milyon avro qazanacaq.
"Zadəganlar"la yanaşı, Havertsin adı "Bavariya" və "Real"la birlikdə hallanır. "Bayer"in transferə görə 80 milyon avro tələb etdiyi bildirilir.
Cari mövsüm Bundesliqada 26 matçda meydana çıxan alman futbolçu 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol