Bu gün Premyer Liqaya hazırlaşan elita təmsilçilərinin daha ikisi sınaq matçında qarşılaşıb.
Fanat.Az xəbər verir ki, 20:00-da "Qəbələ” səfərdə "Sumqayıt”la üz-üzə gəlib. Sumqayıt şəhər stadionunda baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Sınaq oyunu
"Sumqayıt” - "Qəbələ” - 2:2
Qollar: Elvin Cəfərquliyev, 8, Amil Yunanov, 73 – Roman Hüseynov, 42, Nikolas Raysel, 60-pen.
Fanat.Az