"İşimizə başlamaq xoşdu. Amma bu gün futbolçulardan nə isə tələb etmək düzgün deyil. Cəmi 8 gündü məşqlərə start vermişik. Bu müddətdə çalışmışıq ki, futbolçuları topa uyğunlaşdıraq. Səhvlər var, bunun üzərində iş gedir".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Mütəxəssis "Neftçi" ilə yoxlama oyunundan (1:3) sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
O, komandasının oyunundan razı qaldığını bildirib "Fasilədən sonra fərqli oynadıq, rəqibə təzyiq etdik. Bu qədər fasilədən sonra gözəl futboldan danışmaq tezdi. Futbolçuların psixoloji baryeri aşa bilmədiyi hiss olunurdu".
Fanat.Az